Gürcüstanda etiraz aksiyası: Hakimiyyətin istefası tələb edilir – FOTO / VİDEO

Tiflisdə nümayişçilər aksiyanın dayandırılması üçün daha bir tələb irəli sürüblər.

Onlar hakimiyyətin istefasını tələb edirlər.

***

Tiflisin Rustaveli prospektində artıq üçüncü gündür ki, genişmiqyaslı nümayişlər keçirilir.

Əvvəllər xarici agentlər haqqında qanuna qarşı çıxan etirazçılar indi mitinqlər zamanı saxlanılanların hamısının azad edilməsini tələb edirlər.

Aksiyanın rəsmi hissəsi Gürcüstan, Ukrayna və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlayıb. Etirazçılar arasında çox sayda müxalif siyasətçilər, fəallar və ictimai təşkilatların üzvləri, tələbələr var. Ətraf ərazilərdə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları da toplaşıb.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl bu günlərdə 133 nəfərin saxlandığını açıqlamışdı, onlardan neçəsinin hələ də həbsdə olduğu dəqiq məlum deyil. Nazirlik Tbilisidə inzibati xətalara görə saxlanılan bütün etirazçıların artıq sərbəst buraxıldığını bəyan edib.

***21:00

Tiflisdə parlament binası qarşısında keçirilən etiraz aksiyasının miqyası genişlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr də Rustaveli prospektində keçirilən aksiyaya qoşulublar. Onlar “Gürcüstan”, “Avropa”, “Rusiya qanununa yox” kimi şüarlar səsləndirirlər.

Aksiyada Gürcüstanın və Avrropa İttifaqının himnləri səsləndirilib.

Əraziyə çox sayda polis və təcili tardım maşınları cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.