Gürcüstanda əcnəbilərlə bağlı SƏRT QAYDALAR qüvvəyə minir

Gürcüstanda əcnəbilərlə bağlı SƏRT QAYDALAR qüvvəyə minir

Gürcüstan hakimiyyəti ölkədəki xarici vətəndaşlarla bağlı qaydaları sərtləşdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

Onun sözlərinə görə, ölkənin Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunacaq – bu, əcnəbinin ölkədən çıxarılması və müəyyən müddət ərzində Gürcüstana girişinə qadağa qoyulmasıdır.

Mdinaradze əlavə edib ki, ölkədə qalma qaydalarını pozan əcnəbilər üçün cərimələr də ciddi şəkildə artırılacaq, miqrasiya qaydalarını pozan şəxslərin isə daha sadələşdirilmiş prosedurla ölkədən çıxarılması mümkün olacaq.

Aysel Əliyeva
Globalinfo.az