Gürcüstan Daxili İşlər Nazirliyi parlamentin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və hökumət binalarının yerləşdiyi əraziyə xüsusi təyinatlıları səfərbər edib.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın TV Pirveli telekanalı məlumat yayıb.
Məlumata görə, parlament qarşısında vəziyyət sakitdir. Həmişə olduğu kimi orada da bir neçə polis dəstəsi növbə çəkir.














