VACİB XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlılar saxlanıldı

Özəl, Region
patrol police ford interceptor patrol cars photo courtesy of the ministry of internal affairs

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları miqrasiya axınlarına nəzarətin gücləndirilməsi çərçivəsində ölkə daxilində xüsusi tədbirlər həyata keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.

Bildirilir ki, hərtərəfli yoxlamalar nəticəsində qanuni əsas olmadan ölkədə olan 50 xarici vətəndaş həbs edilib. Onların arasında Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da var.

Hazırda onlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində saxlanılırlar. Müəyyən edilmiş qaydada onlara qarşı deportasiya prosedurları başlanılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış