Gürcüstanda aksiyalar başladı: etirazçılardan iki tələb

tbilisi 8

Tbilisidə parlament binasının qarşısında hökumət əleyhinə növbəti aksiya keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Məlumata görə, başqa bir aksiya Batumidə təşkil edilib. Etirazçılar parlament seçkilərinin təkrar keçirilməsini və aksiyalar zamanı həbs edilən şəxslərin azad olunmasını tələb edirlər.

Xatırladaq ki, Tbilisidə etiraz aksiyaları Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı müzakirələrin dayandırılması səbəbilə noyabrın 28-dən etibarən keçirilir.

Əliyar Xəlil
Globalinfo.az