Gürcüstan Ukraynaya hərbi yardım göndərir?

“Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək, çünki konfliktə cəlb olunmaq istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini Teya Tsulikiani deyib.

“Hakimiyyət imkan verməyəcək ki, Gürcüstan dövləti hərbi qarşıdurmaya cəlb olunsun. Müvafiq olaraq biz qarşıdurma tərəflərindən birinə hərbi xarakterli yardım edə bilmərik”, – o bildirib.

Aqşin
Globalinfo.az