Gürcüstan-Rusiya yolu bağlandı

Gürcüstandan Rusiyaya gedən yol (Yuxarı Lars keçid məntəqəsi – red.) bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib .

“Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq minik avtomobilləri və sərnişin daşımaları üçün də nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda yol bütün növ nəqliyyat vasitələri üçün bağlıdır”, – Akopyan bildirib.