1745913610 image0 1 1024x674 1

Gürcüstan Prezidenti Mixail Kavelaşvili İrəvana səfəri çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Liderlər təkbətək görüş zamanı Gürcüstan və Ermənistan arasında möhkəm dostluq münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Kavelaşvili erməni həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə iki ölkə prezidentləri Gürcüstan və Ermənistandakı mövcud siyasi prosesləri müzakirə edib, regional sülh və sabitliyin vacibliyini vurğulayıblar.

Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu yaxınlarda Tbilisidə keçirilmiş üçtərəfli görüşü Tbilisinin Cənubi Qafqaz regionunda dialoq, sülh və sabitliyin təşviqinə hazır olduğunu bir daha əyani şəkildə təsdiqləyir. Gürcüstan Prezidenti ümidvar olduğunu bildirib ki, bu formatda üç ölkə arasında gələcəkdə də davam etdiriləcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: