Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticəsinin saxtalaşdırıldığına dair açıqlamalarından sonra prokurorluğa dəvət olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Prezidentin oktyabrın 31-də dindirilmə üçün prokurorluğa gedəcəyi bildirilir. Zurabişvilidən seçkilərin saxtalaşdırılması deyəndə nəyi nəzərdə tutduğunu izah etməsi tələb olunur.
Xatırladaq ki, parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası səs çoxluğu ilə qalib gəlib.
Əliyar Xəlil
Globalinfo.az














