Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini vətənə xəyanətdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, xalqın və onun seçdiyi hakimiyyətin birliyi son iki ildə Gürcüstanda sülhü qoruyub saxlamağa imkan verib.
“Bu isə “ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentin xəyanətinə baxmayaraq” əldə edilib. Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”.
Safura Bənnayeva
Globalinfo.az