Gürcüstan tarix yazdı: Portuqaliya üzərində möhtəşəm qələbə

Gürcüstan millisi Portuqaliyanı 2-0 məğlub edərək 4 xalla qrupda üçüncü yerin sahibi oldu və ən yaxşı üçüncülərdən biri kimi 1/8 finala adlayır. 

***

Mikautadze 57-ci dəqiqədə penaltidən ikinci qolu portuqalların qapısından keçirdi: 2-0.

***

Kvartsxeliya görüşün 2-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

Avropa çempionatının III turunun son görüşlərindən birində qonşu Gürcüstan millisi Portuqaliya ilə qarşılaşır.

Görüşün canlı yayımını təqdim edirik: