Gürcüstan Parlamentinin yaxınlığında etirazçılarla polis arasında qarşıdurma – VİDEO

Gürcüstan Parlamentinin yaxınlığında “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənlərlə polis arasında qarşıdurma yaşanıb.

Globalinfo.az xəbər verir ki, gərginlik etirazçıların hakim “Gürcü Arzusu” partiyasının və qanun layihəsini təklif edən “Xalq Gücü” parlament fraksiyası deputatları üçün “utanc dəhlizi” yaratmağa çalışmasından sonra baş verib.

Məlumata görə, bəzi etirazçıları saxlanılıb.