“Ukraynadakı münaqişə iki tərəfdən biri tükənəndə başa çatacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
O bildirib ki, Ukrayna münaqişəsi danışıqlar yolu ilə tez bir zamanda həll edilməyəcək:
“Mənim qiymətləndirməmə görə, bu müharibə yalnız iki tərəfdən biri ya hərbi, ya da iqtisadi cəhətdən tükəndikdə başa çatacaq”.
Xatırladaq ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında Ukrayna böhranının həlli ilə bağlı üçtərəfli danışıqlar keçirilib.
Əliyar Xəlil
Globalinfo.az