Gürcüstan parlamenti sabah toplanır

Gürcüstan parlamentində sabah növbədənkənar iclasın baş tutması gözlənilir.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, iclas zamanı “xarici agentlər haqqında” qanun layihəsinin ləğvinin dərhal rəsmiləşdirməsi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə parlament aparatı etiraz aksiyaları zamanı infrastrukturun zədələnməsi səbəbindən bu iclasın baş tutmayacağını bildirmişdi.

Lakin müxalif deputatlar təcili olaraq növbədənkənar iclas çağırmağı xahiş ediblər.