Gürcülər yenə ayağa qalxdı: Etirazlar başladı

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, etirazçılar parlamentə doğru hərəkət ediblər və Rustaveli prospektində əsas yolu bağlayıblar.

Aksiyaçılar yeni seçkilərin keçirilməsini və həbs olunanların azadlığa buraxılmasını istəyirlər.

Müşviq Tofiqoğlu
Globalinfo.az