Gürcü kuryerdən inanılmaz: Almaniyaya skuterlə sifariş çatdırdı

Gürcüstanda beynəlxalq çatdırılma şirkətlərindən birinin sürücüsü ən uzun sifariş çatdırılmasını həyata keçirib.

Globalinfo.az xəbər verir ki, məlumatı Gürcüstan mediası yayıb.

Belə ki, Şadiman Xarşiladze adlı kuryer öz skuteri ilə Tbilisidən başlayaraq 4000 kilometr yol qət edib. Sonda Almaniyanın Düsseldorf şəhərinə çatan kuryer burada Gürcüstanın böyük bayrağı olan sifarişi sahiblərinə çatdırıb. Diqqətçəkən məqam məhz Düsseldorfda AVRO 2024-də iştirak edən Gürcüstanın futbol yığmasının yerləşməsi olub.

Şadiman Xarşiladze 4000 kilometr yolu 12 günə qət edib. O bunun üçün 6 ölkədən keçib.

Əliyar Xəlil
Globalinfo.az