İranda azərbaycanlı fəallar həbs edildi

İranda azərbaycanlı fəallar həbs edildi

İran rejimi Güney Azərbaycanda milli fəallara qarşı repressiv addımlarını davam etdirir.

Globalinfo.az xəbər verir ki, İranın Ali Məhkəməsi Böyük Tehran Zindanında saxlanılan üç azərbaycanlı milli fəal – Araz Aman, Ayaz Seyfxah və Baqir Hacızadə – barəsində çıxarılan həbs qərarını qüvvədə saxlayıb.

Onlar ümumilikdə 25 il həbs cəzası alıblar. Fəalların nəyə görə və hansı maddələrlə ittiham edildiyi barədə detallı məlumat verilməsə də, onların milli kimlik və dil haqları uğrunda apardıqları mübarizəyə görə cəzalandırıldıqları bildirilir.

Hazırda onların vəziyyəti və səhhəti ilə bağlı narahatlıq var. Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti bu haqsızlığa səssiz qalmamağa çağırır.

Tahir Turan
Globalinfo.az