Gündəmdən düşməyən ifaya nöqtə qoyuldu – Əfsanə duet / VİDEO

Xəbər verdiyimiz kimi, sözləri Məmməd Araza, musiqi isə Niyaməddin Musayevə məxsus olan məşhur “Dünya sənin, dünya mənim” mahnısını “Dərviş” band qrupu rok stilində ifa etmiş və bu ifa da maraqla qarşılanmış, sevilmişdi. 

Globalinfo.az xəbər verir ki, Niyaməddin Musayev “Dərviş” band qrupu ilə birlikdə bu mahnını duet olaraq ifa edib.

Həmin ifanı təqdim edirik:

Qeyd edək ki, “Dərviş” band qrupunun ifasında səslənən bu musiqi aprelin 7-dən etibarən onlayn platformalarda yayımlanacağı açıqlanmışdı. Lakin  insanlar arasında böyük diqqət gördüyü üçün ifa musiqi platformalarına 7 apreldə deyil, bu gündən yerləşdirilib.

Ayşən Mustafa
Globalinfo.az