***15:11
Deputat Günay Ağamalının Zabrat yolunda sürət həddini aşaraq qəza törətməsi ilə bağlı xəbər yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ajans.az etibarlı mənbədən məlumat əldə etdiyini yazıb.
Bildirilib ki, hadisə deputatın maşınının avtobus xəttinə daxil olması səbəbindən baş verib.
Günay Ağamalı yayılan xəbərlə bağlı danışıb. O, Manşet.az-a açıqlamasında məlumatı təkzib edib:
“Mən qəza törətməmişəm, hər şey qaydasındadır. Hazırda heç bir problem yoxdur. Niyə və hansı səbəbdən yazılıb, bilmirəm. Belə bir hadisə baş verməyib. Ümumiyyətlə, özüm avtomobil idarə etmirəm”.