Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Globalinfo.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı pəhləvan həlledici qarşılaşmada macaristanlı Erik Silvassi 6:0 hesabı ilə məğlub edib.
***
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Qənizadə bürünc medal uğrunda görüşdə Dünya Güləş Birliyinin bayrağı altında yarışan belaruslu Aleksandr Leonçiki 2:1 hesabı ilə üstələyib.
***
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda bolqarıstanlı Abu Muslim Amayevi 7:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Bu, Cəfərovun üçüncü qitə çempionluğudur.
***
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
Globalinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.
Rəqibini 7:3 hesabı ilə üstələyən N.Məmmədli 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.














