Güləş əfsanəsi dərmandan zəhərlənib öldü

Güləş əfsanəsi dərmandan zəhərlənib öldü

Rusiyalı güləş əfsanəsi Buvaysar Saytiyev dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, ağciyər xəstəliyindən əziyyət çəkən sərbəst güləş üzrə üçqat olimpiya çempionu 50 yaşında vəfat edib.

Saytiev zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ölümünün səbəbinin ürəyinin dayanması olduğu təxmin edilir:

“O, evinin həyətində olarkən özünü pis hiss edib. Əvvəlcə onun köməyinə xidmətçi, daha sonra təcili yardım çağıran ev sahibi gəlib. Bir neçə saatdan sonra Saytiyev xəstəxanada dünyasını dəyişib”.

“Mash”ın məlumatına görə, güləşçi təxminən saat 14 radələrində tiryək zəhərlənməsi ilə Moskvada xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, güləşçi ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Ağrıları aradan qaldırmaq üçün tərkibində opiatlar olan dərmanlardan istifadə edib. İntoksikasiya nəticəsində ürək dayanıb.

Qeyd edək ki, Buvaysar Saytiyev 3 qat olimpiya, 6 qat dünya, 6 qat avropa çempionu idi.

Saytiyev 1996, 2004 və 2008-ci illərdə sərbəst güləş üzrə Olimpiya Oyunlarının qalibi olub.