Güclü zəlzələ: sunami xəbərdarlığı edildi

Güclü zəlzələ: sunami xəbərdarlığı edildi

Papua – Yeni Qvineya sahillərində baş verən 7,2 maqnitudalı zəlzələdən sonra qısa müddətə sunami xəbərdarlığı verilib və ləğv edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Araşdırması İdarəsi (NOAA) məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Yeni Britaniya regionunda olub. NOAA Bakı vaxtı ilə saat 00:11-də sunami xəbərdarlığı etsə də, bir dəqiqə sonra onu ləğv edib.

“Sunami təhlükəsi. Yeni Britaniya regionu, Papua – Yeni Qvineya”, – NOAA-nın ilkin məsləhətində deyilir.