Güclü leysan iki rayonumuzda fəsadlar törətdi

Axşam saatlarından başlayaraq yağan güclü yağış səbəbindən Daşkəsən və Göygöl rayonlarında bəzi fəsadlar yaranıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, leysan yağışlar ucqar kənd ərazilərində əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Sel suları səbəbindən avtomobil və kənd yollarında hərəkətdə qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə güclü ildırımla müşahidə olunan yağıntılı hava şəraiti davam edir.