Güclü küləkdə xəsarət alanların sayı 

Qərb bölgəsində müşahidə olunan küləkli havada xəsarət alan şəxslərin ilkin sayı bilinib. 

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, qeyri-sabit hava nəticəsində Ağstafa rayonunda 3, Göygöldə 2,  Mingəçevirdə isə 5 nəfər xəsarət alıb.

Yaralıların bəziləri tibb müəssisələrinə yerləşdirilib, bəzilərinə isə ambulator müalicə yazılıb. Ağstafa rayonunda  xəsarət alan şəxslər 1962-ci il təvəllüdlü İ.Rzayev, 2006-cı il təvəllüdlü E.Əlibalayev və 1948-ci il təvəllüdlü T.Abbasovdur.