Screenshot 2026 07 12 132209

Xəbər verdiyimiz kimi, ZaqatalaBakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb.

O, qəza anını belə təsvir edib:

“Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözümə gün düşdü bilmədim necə oldu. Bəlkə də yorğunluqdan idi, bir də gördüm ki, idarəetməni itirmişəm. Avtobus 51 yerlik olsa da, tam dolu deyildi, içəridə təxminən 30-35 nəfər olardı. Hər gün bu yolu gedib-gəlirəm. Neçə vaxtdır bu xətt üzrə işləyirəm, indiyə qədər belə bir hadisə baş verməyib”.

Paylaş: