Göygölə güclü yağışdan sonra dolu düşdü – VİDEO

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.

5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa, dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.

Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Həmin görüntüləri təqdim edirik: