Göygöldə Əliağa Şıxlınski küçəsində xəstə yaxınları çağırışa gedən təcili tibbi yardım maşınının pəncərəsi sındırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Göygöl Rayon Polis Şöbəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, şöbəyə rayon ərazisində təcili tibbi yardım avtomobilinə zərər yetirilməsi ilə bağlı məlumat daxil olub:
“Daxil olan məlumat əsasında aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, vəfat edən şəxsin yaxın qohumu olan qadın təcili tibbi yardım avtomobilinə daşla zərər vurub. Hadisənin təfərrüatları araşdırılır, müvafiq hüquqi qiymət verilməsi üçün tədbirlər görülür”.














