Göygöldə dəm qazından zəhərlənərək ölənlərdən biri müəllim, biri isə tələbə imiş.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəfat edən qadınlardan biri orta məktəbdə müəllim işləyirdi.
25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.
Dünyasını dəyişən şəxslərdən biri isə tələbə idi. Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***09:36
Göygöldə 4 nəfər dəm qazından boğularaq ölüb.
Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, ölənlər 1-i qardaş, 2-si bacı olmaqla, 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova və 1990-cı il təvəllüdlü S. Müseyibovadır.
Faktla bağlı araşdırma aparılır














