Göygöldə avtomobil arakəsməyə çırpıldı: ölən və yaralanan var

Göygöldə avtomobil arakəsməyə çırpıldı: ölən və yaralanan var

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Yeni Qızılca kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin yol kənarında olan arakəsməyə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü Röyal İmanov dünyasını dəyişib, avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin yol kənarında olan arakəsməyə çırpılmasıdır.

Faktla bağlı araşdırma başlanılıb.