c0b8297c 3a48 3654 b259 e951245323cb 850

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, Aşıqlı kəndində iki avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: