Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağladı – Nəqliyyatın hərəkətində çətinlik yarandı – YENİLƏNDİ

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağladı - Nəqliyyatın hərəkətində çətinlik yarandı - YENİLƏNDİ

Ötən gün axşam saatlarında bağlanmış Toğanalı-Kəlbəcər yolunda hərəkət bərpa olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, əraziyə cəlb olunmuş DYP əməkdaşları yoldakı problemi aradan qaldırıblar.

***

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qismən tıxac yaranıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yağan qar və soyuq hava səbəbindən avtomobil yolunda hərəkət çətinləşib.

Yolların buz bağlaması avtomobillərin hərəkətinə maneə olub.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.