Göyçədə son durum: nə baş verir? – Ordumuzun önündəki erməni mövqelərində…

WhatsApp Image 2024 05 31 at 00.55.33

Erməni KİV iddia edib ki, Tavuşdan sonra Azərbaycanla sərhədlərin demarkasiyası prosesinin Geqarkunik vilayətində (Göyçə mahalı – red.) həyata keçiriləcəyi gözlənilir. Prosesin bu mərhələsində həmin ərazidə 12 müdafiə mövqeyinin Azərbaycanın nəzarətinə veriləcəyi bildirilir. Bununla bağlı artıq işlərin başladığı və prosesin demarkasiyanın qanuni tələbi olduğu qeyd edilib.

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Göyçə mahalı Azərbaycan üçün əhəmiyyətli yerlərdən biridir:

“2022-ci ilin sentyabr ayında Azərbaycan və Ermənistan arasında sərhəd toqquşması olmuşdu. Həmin istiqamətdə ermənilərin mövqeyi yüksəklikdə idi. Azərbaycanın isə mövqelərində çox ciddi problemlər var idi. Ermənilər işğal vaxtı mövqelərini irəli çəkmişdilər. Ordumuz haqlı olaraq bir neçə istiqamətdə əməliyyat keçirdi, sözügedən hissədə bəzi hakim yüksəklikləri nəzarətə götürdü. Hansı ki, həmin ərazilər də Azərbaycan torpaqlarıdır”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Səxavət Məmməd

Hərbi ekspertin sözlərinə görə, xəritələrə əsasən Göyçədə də bəzi ərazilər Azərbaycanın nəzarətinə keçəcək:

“Hazırda Azərbaycan Ordusunun dayandığı yüksəkliklərə yaxın mövqelər də nəzarətə götürüləcək. Çünki ora Azərbaycan torpaqlarıdır, Ermənistan o yerləri qanunsuz olaraq ələ keçirib, mövqe qurub. Düşünürəm ki, Geqarkunik vilayəti ilə bağlı məsələnin indi ortaya atılmasının da səbəbləri var. Bəzi qüvvələr Tavuşda olduğu kimi digər istiqamətlərdə də əhalini ayağa qaldırmağa çalışır.

Sərhəddə Azərbaycan və Ermənistan arasında problemlərin yaranacağını düşünmürəm. Razılaşdırılan xəritəyə əsasən ermənilər Azərbaycana məxsus ərazilərdən geri çəkilirlər”.

Safura Bənnayeva
Globalinfo.az