Göyçədə bu ərazilər Azərbaycanın nəzarətinə keçir – KİV

Tavuşdan sonra Azərbaycanla sərhədlərin demarkasiyası prosesinin Geqarkunik vilayətində (Göyçə mahalı – red.) həyata keçiriləcəyi gözlənilir. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, ötən gün Geqarkunik vilayətinin Çəmbərək bölgəsində yerləşən Vahan kəndində sakinlər tədqiqat işinin aparıldığını görüblər. Kənddəki tarla və düzənliklərdə bir neçə tədqiqatçının ölçü götürdüyü müşahidə edilib.

Sakinlərin sözlərinə görə, demarkasiya prosesinin növbəti mərhələsində bu ərazidə 12 müdafiə mövqeyinin Azərbaycanın nəzarətinə verilməsi nəzərdə tutulur.

İddia edilir ki, İrəvan artıq həmin ərazilərin təhvil verilməsi üçün proses başladıb, hazırlıq görülür.

Ayşən Mustafa
Globalinfo.az