Göyçay rayon Çərəkə kənd icra nümayəndəsi Tehran Adıgözəlov vəfat edib.
Bu barədə Globalinfo.az-a T.Adıgözəlovun yaxınları məlumat verib.
Məlumata görə, o, bir neçə gün öncə ürək əməliyyatı keçirib:
“Tehran Adıgözəlov bir neçə gün öncə ürəyindən əməliyyat olunmuşdu. Əməliyyatdan sonra müalicələrinə ev şəraitində davam etdirirdi”.
Qeyd edək ki, mərhumun 59 yaşı olub.
Zaira Akfiqızı
Globalinfo.az














