Goranboyun bu kəndləri işıqsız qaldı

Goranboyun bu kəndləri işıqsız qaldı

Goranboyun Boluslu, Məşədiqaralar və Eyvazalılar kəndləri işıqsız qalıb.

Globalinfo.az xəbər verir ki, buna yağışlı hava şəraiti səbəb olub.

“Küləkli və ya yağıntılı havada bir xətt üzərində olan bu kəndlərdə elektrik enerjisinin verilməsində problemlər yaranır”, – sakinlər bildirib.

“Azərişıq” isə sözügedən yaşayış məntəqələrinə elektrik enerjisi verilişinin bərpa edildiyini qeyd edib.