Yeniyetmə anasını və nənəsini öldürdü – Təfərrüat

Yeniyetmə anasını və nənəsini öldürdü - Təfərrüat

Goranboy rayonunda ana və nənənin öldürülməsi ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, 15 yaşlı Saleh Abdullayev anası 1978-ci il təvəllüdlü Lalə İsmayılovanı qısqanclıq zəmnində qətlə yetirib. Belə ki, ana ilə oğul arasında bir neçə dəfə mübahisə düşüb. Hadisə baş verən gün gecə saatlarında ana ilə oğul yenidən dalaşıb. Nəticədə, S. Abdullayev anasına boğaz və kürək nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurub. Səsi eşidən nənəsi 1948-ci il təvəllüdlü Tamella İsmayılova onları ayırmaq istəyib. Daha sonra ətrafdakı qonşuları köməyə çağırmağa çalışsa da, nəvəsi qoca qadına da bıçaqla xəsarət yetirib. Nəticədə, bıçaq zərbəsi alan hər iki şəxs elə hadisə yerində ölüb. Keçirilən əməliyyatla S. Abdullayev saxlanılıb.

Məlumat üçün bildirək ki, Lalə İsmayılova ailəsindən ayrılıb və anası ilə yaşayırmış. Onun qətlində şübhəli bilinən S.Abdullayevlə yanaşı, daha bir oğlu da var. Qadın uzun müddət Goranboy Rayon Mənzil Kommunal Təsərrüfatı İsatehsalat birliyində sahə rəisi kimi çalışırmış.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yeniyetmə anasını və nənəsini öldürdü - Təfərrüat

***09:50

Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, bu gün gecə saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***09:06

Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

X X X

Goranboyda qətl hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, iki qadın; 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.