Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qurumundan Goyanboydakı toyda kütləvi dava ilə bağlı rəsmi açıqlama verilib.
Globalinfo.az xəbər verir ki, qurumun Baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, yerli rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərək, müvafiq tədbirlər həyata keçiriblər.
O bildirib: “İnsident zamanı xəsarət alan olmayıb, hazırda araşdırmalar davam etdirilir”.
***
22:56
Goranboyda toy məclisində dava düşüb.
Globalinfo.az “Teleqraf2a istinadla xəbər verir ki, hadisə rayon mərkəzində fəaliyyət göstərən “Bahar” şadlıq sarayında baş verib.
İlkin məlumata görə, insident musiqi sifarişi üstündə olub.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.
Məlumata görə, insidentdə iştirak edən neçə nəfər Goranboy rayon Polis Şöbəsinə aparılıb.














