Goranboyda tikinti materialları mağazasında yanğın olub.
Globalinfo.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğın nəticəsində mağazaya ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Goranboy rayonunda tikinti materialları mağazası yanır.
Globalinfo.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.














