Goranboyda təhlükə: 12 yaşlı qızı küçə itləri dişlədi

Goranboyda təhlükə: 12 yaşlı qızı küçə itləri dişlədi

Goranboyda 12 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonunun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində küçə ilə evlərinə gedərkən 2013-cü il təvəllüdlü Səxavət Hacıyevaya bir neçə küçə iti hücum edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 11-də, saat 15:30-da 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) it dişləməsi səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona ayaq pəncəsinin deşilmiş yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Goranboy rayonunda sahibsiz itlərin insanlara hücumu ilk hadisə deyil.