Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisənin başvermə səbəbi ehtiyatsızlıqdır. Belə ki, onun qayınanası – 1968-ci il təvəllüdlü Gülxanım Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Faktla bağlı araşdırma aparılır.














