Goranboy rayonunda baş verən yol qəzası zamanı dünyasını dəyişən piyadanın və sürücünün adları bəlli olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Düzqışlaq kənd ərazisində qeydiyyatsız yaşayan 1964-cü il təvəllüdlü Gəncəli Əsgərovu Goranboy rayon Qaradağlı kənd sakini, 1965-ci il təvəllüdkü Sadıqov Qəzənfər Musa oğlu idarə etdiyi ” Hundai” markalı avtomobillə vurub.
Sürücü yaralını dərhal şəxsi avtomobili ilə Gəncə şəhərinə xəstəxanaya aparıb. Gəncəli Əsgərov yolda vəfat edib.
Qəzənfər Sadıqov isə Gəncə şəhərinin girişində sükan arxasında ürək tutmasından dünyasını dəyişib.
***
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərinə aparılıb.
Lakin yaralını xəstəxanaya aparan sürücü yolda Gəncə şəhərində sükan arxasında ürəktutmadan ölüb. Ağır xəsarət alan piyada da xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır, hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.














