Goranboyda avtomobil aşdı: ölən və xəsarət alan var

Goranboyda avtomobil aşdı: ölən və xəsarət alan var

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.