Goranboyda məktəbli müəmmalı şəkildə öldü

Goranboyda məktəbli müəmmalı şəkildə öldü

Goranboy rayonunda 12 yaşlı uşaq yaşadığı evdə ölüb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu dünyasını dəyişib.

Orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.