Goranboyda qəza: yaralananların adları açıqlandı – VİDEO

Goranboyda qəza: yaralananların adları açıqlandı - VİDEO

Goranboy rayonunda avtomobil qəzasında xəsarət alan yaralıların açıqlanıb.

Məlumata görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Günel Mustafayeva, 1987-ci il təvəllüdlü Sadiq Mustafayev, 1998-ci il təvəllüdlü Vüsal Kazımov, 2005-ci il təvəllüdlü Türkan Məmmədbəyli, 2012-ci il təvəllüdlü Süleyman Mustafazadə, 2004-cü il təvəllüdlü Fazil Əliyev, 2013 -cü il təvəllüdlü Yusif Mustafayev xəsarət alıb.

***

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Goran-Naftalan yolunun rayonun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.