Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, Goran-Borsunlu yolunda qeydə alınan yol qəzasında 1979-cu il təvəllüdlü V.Abbasov və 1975-ci il təvəllüdlü E.Qasımov xəsarət alıb.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.














