Goranboyda 76 yaşlı kişini qatar vurdu, xəstəxanaya aparıldı

Goranboyda 76 yaşlı kişini qatar vurdu, xəstəxanaya aparıldı

Goranboyda Azərbaycan Dəmir Yolunun Dəliməmmədli stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.

Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.