Gizir Xanı dəfn edildi – VİDEO

Gizir Xanı dəfn edildi - VİDEO

Gizir “Xanı” Ağdam rayonunun Üçoğlan kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

***12:15

Ötən gün mina partlaması nəticəsində həyatını itirmiş “Xanı” ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun nəşi ailəsinə təhvil verilib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, mərhumla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Qeyd edək ki, S.Əhmədov Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində minaya düşərək həlak olub.

Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.

Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO
Gizir Xanı dəfn edildi - VİDEO