Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyeni ona qarşı korrupsiya ittihamları irəli sürdükdən sonra istefa verməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Siyasətçi yazıya fon der Leyenin fotosunu yerləşdirərək, “Getmək vaxtı çatdı!” deyə qeyd edib.
Xatırladaq ki, AK rəhbərinə etimad səsverməsi iyulun 10-da Strasburqda keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az














