Gərginlik artır: Kanada bu ölkələri kibertəhdidlər siyahısına saldı

Gərginlik artır: Kanada bu ölkələri kibertəhdidlər siyahısına saldı

Kanadanın Kiber Təhlükəsizliyi Təşkilatı “Kiber Təhdidlərin Qiymətləndirilməsi 2025” adlı illik hesabatında Hindistanı ilk dəfə “kiber təhlükə” olaraq təyin edib.

Globalinfo.az xəbər verir ki, Kanada İranı da rəqəmsal sahədə strateji təhlükələrdən biri kimi təqdim edib.

Hesabatda Kanadanın kiber sahədə “dövlət düşmənləri” arasında Çin, Rusiya, Şimali Koreya da yer alıb. Bu ölkələrin haker, casusluq hücumları ilə Kanadanın dövlət şəbəkələrini hədəfə aldıqları barədə xəbərdarlıq edilib.

Hesabatda Çin Kanadanın hökumət şəbəkələrinə davamlı müdaxilələrlə ən böyük kiber təhlükə kimi müəyyən edilib.

Kanada Kiber Təhlükəsizlik Təşkilatının məlumatına görə, bu ölkələrin kiber fəaliyyətləri informasiya təhlükəsizliyi, vətəndaşların şəxsi həyatı və Kanada demokratiyası üçün ciddi təhlükədir.