kosavec

“İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə genişmiqyaslı müharibə ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

O, buna şübhə etmədiyini vurğulayıb:

“İndi İranın təmkin nümayiş etdirməsinə ümid etmək lazımdır. Lakin Tehranın səbrinin həddi var”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: